4 Yanvar 2018 10:10
798
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Balıkəsir bölgəsində səhər saatlarında zəlzələ baş verib.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, zəlzələnin episentiri Sındırğı rayonunda, yerin 7 kilometr dərinliyində yerləşib.

Yerli vaxtla 07:53-də meydana gələn yeraltı təkanların gücü Rixter şkalası üzrə 4 bal olub.

Dağıntı və tələfatla bağlı heç bir məlumat verilmir.


Müəllif: Samir

Oxşar xəbərlər