5 Yanvar 2018 14:43
842
12 Punto 14 Punto 16 Punto 18 Punto

Qazaxıstan Azərbaycanın 10 vətəndaşını deportasiya edəcək.

Bu barədə Karakiyanski Rayon Məhkəməsinin Mətbuat Midmətindən bildirilib.

Məlumata görə, Qazaxıstanın Mangistau vilayətinin ərazisində qanunsuz əmək fəaliyyəti ilə məşğul olan 79 Azərbaycan vətəndaşı barəsində hökm oxunub.

Azərbaycan vətəndaşları Qazaxıstan ərazisinə gələrək müvəqqəti olaraq Daxili İşlər Nazirliyinin şöbəsində qeydiyyata durublar və Kurık kəndində "Enerqomost LTD" MMC şirkətində işləyiblər. Ancaq miqrasiya kartlarında əmək fəaliyyəti ilə məşğul olmağa icazə olmadığından onlar Qazaxıstanın miqrasiya haqqında qanununu pozublar.

Məhkəmənin qərarına əsasən, 69 şəxsə 56 725 təngə məbləğində inzibati cərimə tətbiq olunub, digər 10 nəfər isə sonradan ölkədən çıxarılmaqla üç gün müddətinə həbs edilib./Report/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər