13 Yanvar 2018 15:35
1 396
12 Punto 14 Punto 16 Punto 18 Punto

Milli Məclisin deputatı Nəriman Əliyev komaya düşüb.

Teleqraf.com Modern.az-a istinadla xəbər verir ki, Nəriman Əliyev artıq 3 gündür Respublika Diaqnostika Mərkəzinin reanimasiya şöbəsində koma vəziyyətindəddir.

O, ürək damarlarının tıxanıqlığı səbəbindən anju əməliyyatı keçirib, elə əməliyyatdan sonra da komaya düşüb.

Nəriman Əliyev Milli Məclisdə 70 saylı Masallı şəhər seçki dairəsini təmsil edir. O, parlamentin İctimai birliklər və dini qurumlar komitəsinin üzvüdür.

Milli Məclisin deputatı Cavanşir Paşazadənin sözlərinə görə, artıq Nəriman Əliyevin vəziyyəti yaxşılığa doğru dəyişib: “ Bu hal hər adamda baş verə bilər. Təsadüfi xəstəlikdir. Artıq səhhəti yaxşılığa doğru dəyişib, problem arxada qalıb. Ürək damarlarından biri dəyişilib. Ürəyində ciddi problem yarananda həkimi yanında olub. Tez bir zamanda xəstəxanaya çatdırıblar.

Həkimi ilə əlaqə saxlamışam. Həkimi vəziyyətinin yaxşı olduğunu dedi. Artıq qorxulu nəsə yoxdur. Ona Allahdan tezliklə şəfa diləyirəm”.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər