Metronun “Memar Əcəmi” stansiyası yaxınlığında 1997-ci il təvəllüdlü Ziyadxan Əliyev bıçaqlanıb.
Teleqraf.com xəbər verir ki, yaralı ağır vəziyyətdə xəstəxanaya gətirilib.
Vaxtında tibbi yardım göstərildiyi üçün onun həyatını xilas etmək mümkün olub.
Məlumata görə, Ziyadxan Əliyev tanımadığı bir şəxslə qız üstündə mübahisə edib. Onların mübahisəsi əlbəyaxa davaya çevrilib.
Dava zaman Ziyadxan Əliyev bıçaq xəsarəti alıb. Faktla bağlı cinayət işi başlanıb.