27 Yanvar 2018 10:17
1 679
12 Punto 14 Punto 16 Punto 18 Punto

08:58

Bakının Dilarə Əliyeva küçəsində 18 mərtəbəli binanın altında yerləşən dəftərxanada partlayış baş verib.

Trend-in məlumatına görə, partlayışa səbəb qaz sızması olub.

***

09:53

Bakının Dilarə Əliyeva küçəsində 18 mərtəbəli binanın altında yerləşən dəftərxanada qaz sızması nəticəsində qəza olub.

Məlumata görə, qəza səhər saatlarında baş verib. Hazırda hadisə yerində Fövqəladə Hallar Nazirliyinin əməkdaşları var.

Ərazidə nəzarət apara polisin sözlərinə görə, qaz sızması nəticəsində 2 nəfər xəsarət alıb.

***

Hadisə yerinə gəlmiş “Azəriqaz” İstehsalat Birliyinin baş direktorunun müavini Ruslan Əliyev jurnalistlərə açıqlama verib.

Xəbərə görə, o bildirib ki, ilkin olaraq hadisənin qaz sızmasından baş verdiyi ehtimal olunur. Onun sözlərinə görə, MTK-nın qaz xəttinə toxunma olub. “Dünən ərazidə hansısa qazıntı işləri aparılıb və aydın hiss olunur ki, MTK-ya gedən qaz xəttinə toxunma olub. Partlayışın da sızma səbəbindən baş verdiyi ehtimal edilir”.

“Azəriqaz” rəsmisi əlavə edib ki, hadisə ilə əlaqədar 1000-ə yaxın abonentin qaz təchizatı dayandırılıb.

***

Bakıda baş verən partlayış zamanı xəsarət alan 1961-ci il təvəllüdlü Mahmudov Zahid Şükür oğlu xəstəxanaya çox ağır vəziyyətdə gətirilib.

Bunu Teleqraf.com-a açıqlamasında Respublika Yanıq Mərkəzinin baş həkimi Şöhrət Məmmədov deyib.

Baş həkim qeyd edib ki, xəstənin vəziyyəti ağır olaraq qalır: “Bədənin 90 faiz yanıq xəsarətləridir”.

Partlayışda xəsarət alan Zahid Mahmudov orada usta işləyirmiş.


Müəllif: İlhamə Əbülfət

Oxşar xəbərlər