ABŞ Maliyyə Nazirliyinin “Kreml hesabatı” adlı sanksiya siyahısında adı çəkilən azərbaycanlı milyarder Fərhad Əhmədov Rusiyanın RBK agentliyinə məsələ ilə bağlı açıqlama verib.
Teleqraf.com xəbər verir ki, “Nortqaz” şirkətinin sabiq rəhbəri Fərhad Əhmədov Vaşinqtonun Rusiya elitası arasında nifaq salmaq istədiyini bildirib:
“Rusiya elitasında qorxu, qeyri-müəyyənlik və hakimiyyətdən narazılıq yaratmaq istəyirlər. Rusiyanın bütün böyük biznesmenlərinin ABŞ-ın düşməni elan edilməsi nəyə lazımdır? Kim bunu məsləhət görüb? Bu absurddur”.
O, rusiyalı biznesmenlərə müraciət edib: “Rusiyalı biznesmenlərin öz səsi olmalıdır”.
Qeyd edək ki, ABŞ-ın yayımladığı “Kreml hesabatı”nda 5 azərbaycanlı milyarder, Rusiya hökumət nümayəndələri, nazirlər və biznesmenlər də daxil olmaqla 210 nəfərin adı çəkilir.