9 Mart 2018 14:20
972
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyə futbolunun əfsanələrindən olan Oğuz Çətinin oğlu Bartu xəstəxanalıq olub.

Teleqraf.com xarici mediaya istinadla xəbər verir ki, 22 yaşlı Bartunun döyüldüyü bildirilib.

Dostları ilə gecə klubunda əylənən Bartu bir qrup şəxslə mübahisə edib. Həmin qrupdan bir nəfər əlindəki şüşə butulkanı Bartunun başında sındırıb.

Xəstəxanaya aparılan gəncin vəziyyəti normaldır. Olayın səbəbləri məlum deyil.


Müəllif: Samir

Oxşar xəbərlər