ABŞ-ın Texas ştatının Kresson şəhərində kimya zavodunda partlayış baş verib.
Teleqraf.com xəbər verir ki, partlayış nəticəsində 1 nəfər itkin düşüb, daha 1 nəfər isə ağır yaralanıb.
Hadisə yerinə ən azı 4 yanğınsöndürən maşın cəlb edilib.
Partlayış ərazisində təxliyyə elan olunmayıb.
Kresson şəhərinin meri Bob Kornett bildirib ki, sözügedən kimya zavodu sabun, kimyəvi turşular istehsal edir.