Sənətçi Zühal Olcay Prezident Ərdoğanı təhqir etmə iddiasıyla 10 ay müddətinə həbs edilib.
Teleqraf.com xəbər verir ki, Anadolu Məhkəməsində baş tutan prosesə Zühal Olcay və vəkili qatılmayıb. Əvəzində Prezident Ərdoğanın vəkili prosesdə iştirak edib, şikayətlərini geri çəkmədiklərini qeyd edərək qarşı tərəfin cəzalandırılmasını istəyib.
Sonda məhkəmə qərarını açıqlayıb. Qərara əsasən Zühal Olcay Prezident Ərdoğanı təhqir etdiyinə görə, barəsində 1 il həbs cəzası çıxarılıb. Məhkəmə daha sonra Olcayın məhkəmə prosesi zamanı davranışlarını təqdir edərək cəzasını 10 aya endirib.