Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğanın Samsundan havaya qalxan təyyarəsi əlverişsiz hava şəraiti ilə əlaqədar Ordu-Girəsun hava limanına eniş edə bilməyərək geri dönüb.
Teleqraf.com Türkiyə KİVinə istinadla xəbər verir ki, havada bir neçə dəfə dövrə vuran təyyarə Samsuna geri dönməli olub. Samsun-Çərşənbə hava limanına eniş edən prezident onu müşayiət edən nazirlərlə birgə helikopterə minərək Ordu şəhərinə gedib.