28 Mart 2018 22:00
846
12 Punto 14 Punto 16 Punto 18 Punto

İnterpol daha bir azərbaycanlı qadın barədə axtarış elan edib.

1976-cı il təvəllüdlü Nərgiz Mirzoyeva sənəd saxtalaşdırmaq və dələduzluqda ittiham olunur.

Rusiya hüquq-mühafizə orqanları əməkdaşları N.Mirzoyeva barəsində cinayət işi başlasa da, təqsirləndirilən qadın istintaqdan yayınıb. Bu məqsədlə də Rusiya məhkəmə orqanı onun barəsində həbs qətimkan tədbiri seçib və onun tutularaq istintaqa cəlb edilməsi barədə qərar çıxarıb.

İnterpol həmin qərar əsasında N.Mirzoyeva barəsində beynəlxalq axtarış elan edib./Trend/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər