29 Mart 2018 13:08
1 105
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakı Şəhər Prokurorluğu və Şəhər Baş Polis İdarəsi yolda təmizlik işləri aparan qadının ölümü ilə nəticələnmiş hadisə barədə məlumat yayıb.

Teleqraf.com-un xəbərinə görə, məlumatda deyilir ki, martın 27-də saat 18 radələrində 1982-ci il təvəllüdlü Musayev Zaur Komissar oğlu etibarnamə olmadan idarə etdiyi 60-ZA-135 dövlət qeydiyyat nişanlı qoşqusu olan “KamAZ” markalı, 60-BX-765 dövlət qeydiyyat nişanlı yük avtomobili ilə paytaxtın Sabunçu rayonu ərazisində hərəkətdə olarkən qoşqunun arxa dəmir qapısı açılaraq yolun sağ tərəfində təmizlik işləri aparan 1965-ci il təvəllüdlü Bakı şəhər sakini Salahova Cəmilə İsmayıl qızına dəymiş, sonuncu aldığı xəsarətlərdən hadisə yerində ölüb.

Faktla bağlı rayon Polis İdarəsinin İstintaq Şöbəsində Cinayət Məcəlləsinin 263.2-ci (yol hərəkəti və nəqliyyat vasitələrinin istismarı qaydalarını pozma zərərçəkmiş şəxsin ölümünə səbəb olduqda) maddəsi ilə cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər