Ziyalılar Forumunun fəaliyyətini bərpa edəcəyi haqda xəbər verilib.
Bildirilir ki, forum yaxın günlərdə fəaliyyətə başlayacaq. Araşdırmalar göstərir ki, Ziyalılar Forumu fəaliyyətini aktivləşdirmək istəsə də, əvvəlki tərkibi görməyəcəyik. Konkret olaraq Rafiq Əliyev, Ramiz Rövşən, Əkrəm Əylisli bu prosesdə iştirak etməyəcək. Əvəzində forumda əsasən Cəmil Həsənli, Eldəniz Quliyev, Rövşən Əhmədli, Eldar Namazov, Gültəkin Hacıbəyli, Vidadi Mirkamal və başqaları iştirak edəcək. Bu şəxslərin əksəriyyəti isə faktiki olaraq Milli Şuranın üzvləridir.
Bu isə o deməkdir ki, adı çəkilən şəxslər Milli Şurada fəaliyyətini zəiflədib, əvəzində Ziyalılar Forumunda fəaliyyəti aktivləşdirəcəklər.