"Bu gün klinikamıza ağır itki üz verib. Ginekoloqumuz Səbinə Mirzəyeva vəfat edib. Ailəsinə klinikamız adından dərin hüznlə başsağlığı veririk. Allah rəhmət eləsin!"
Teleqraf.com xəbər verir ki, bu sözlər “Baku Medikal Plaza”nın rəsmi Feysbuk səhifəsində yazılıb.
Qeyd edək ki, elektroşok veriləndən sonra ani ayılan Səbinə Mirzəyevayanın həyatını xilas etmək mümkün olmayıb.
***
15:10
Mama-ginekoloq Səbinə Mirzəyeva “Baku Medikal Plaza”ya yerləşdirilib və reanimasiya şöbəsindədir.
Bu sözləri Teleqraf.com-a açıqlamasında həkimin mətbuat katibi verib.
Mətbuat katibinin sözlərinə görə, Səbinə Mirzəyevaya elektroşok verilib.
***
14:05
Azərbaycanın məşhur mama-ginekoloq Səbinə Mirzəyeva bu gün vəfat edib.
Teleqraf.com xəbər verir ki, bu barədə mərhumun qohumu Feysbuk sosial şəbəkəsində məlumat verib.
Məlumata görə, mərhumun qəfil təzyiqi qalxıb və o, beyninə qan sızmasından dünyasını dəyişib
Qeyd edək ki, mama-ginekoloq Səbinə Mirzəyeva dünən “Sağlam nəsil naminə hamilələrlə görüş” adlı konfrans keçirib.