Ukraynalı futbolçu, "Dinamo" Kiyev futbol komandasının qapıçısı olmuş Aleksandr Vladimiroviç Şavkovski qayınanası tərəfindən silahlı hücuma məruz qalıb.
Teleqraf.com xəbər verir ki, bu barədə futbolçunun özü Feysbuk səhifəsində məlumat verib.
O, qeyd edib ki, 2015-ci ildə ayrıldığı Olqa Alyonovanın anası Lyubov Pavlovna ona bir neçə dəfə atəş açıb.
Aleksandr Şavkovski qızını anasından götürmək istəsə də, hər dəfə qayınanası buna mane olub.
Aleksandr Şavkovski 2006-ci il futbol üzrə Dünya Çempionatında iştirak edib. Xüsusilə, İsveçrə ilə oyunsonrası penaltilər seriyasında qaytardığı toplar sayəsində Ukraynanın 1/4 finala çıxmasına səbəbkar olub. Aleksandr Dünya Çempionatları tarixində oyunsonrası penaltilər seriyasında bütün topları dəf edən yeganə qapıçıdır.
O, milli komandada 90 oyun keçirib, 76 top buraxıb.