"Azərbaycan Hava Yolları" QSC-nin (AZAL) Gəncə-Moskva reysini həyata keçirən sərnişin təyyarəsi Sankt-Peterburqun "Pulkovo" hava limanında məcburi eniş edib.
Teleqraf.com-un məlumatına görə, bu barədə AZAL-ın "Facebook" səhifəsində yayılan məlumatda deyilir:
"Əlverişsiz hava şəraiti ilə əlaqədar olaraq J2-830 reysi "Pulkovo" hava limanına (LED) uğurlu eniş edib. Təyyarə hava şəraiti yaxşılaşdıqdan sonra Sankt-Peterburqdan Moskvaya yola düşəcək".