Rusiyanın Federal Təhlükəsizlik Xidmətinin (FTX) əməkdaşlarının Moskvada saxladığı azərbaycanlı avtoritet Hacıbaba Talıbxanlı 2013-cü ildə öldürmüş Rusiyanın məşhur kriminal avtoriteti, “Ded Xasan” təxəllüsü ilə tanınan Aslan Usoyanın qatilidir.
Publika.az xəbər verir ki, bu haqda “Mash” kanalı bildirib.
Kanalın məlumatına görə, “Hacı Beyləqanski” ləqəbi ilə tanınan Hacıbaba Talıbxanlı İstanbulda qətlə yetirilən "qanuni oğru" Rövşən Lənkəranskinin yaxın dostu olub. O, bir müddət əvvəl Nadir Səlfova (“Lotu Quli”) qarşı sui-qəsd cəhdində şübhəli bilinərək saxlanılmışdı.
Qeyd edək ki, “Ded Xasan” Moskva mərkəzində restoranlardan birinin qarşısında snayper tüfəngindən atəşlə öldürülmüşdü.