Filippində yük maşınının motosikletçinin başı üzərindən keçməsi başqa avtomobilin kamerasına düşüb.
Teleqraf.com xəbər verir ki, motosikletçi yük maşınını sağdan ötərək keçmək istəyib. Ancaq gözlənilmədən skuter aşıb və sürücünün başı yük maşının təkərləri altdında qalıb.
Xoşbəxtlikdən başındakı dəbilqə sürücünü xəsarət almaqdan qoruyub. Bir müddət sonra motosikletçi özü ayağa qalxa bilib. Amma hər ehtimala qarşı ona kömək üçün digər sürücülər təcili yardım çağırıblar.