15 İyun 2018 22:03
965
12 Punto 14 Punto 16 Punto 18 Punto

Dağlardan axıb gələn sel suları Şamaxının daha bir kəndində torpaq sürüşməsinə səbəb olub. Nəticədə Zaratxeybəri kəndinin avtomobil körpüsü uçub, 300-ə yaxın sakinin rayon mərkəzi ilə əlaqəsi kəsilib.

Kəndin ərazisindən keçən Pirsaat çayı öz məcrasından çıxaraq avtomobil yolunu yuyub, kənd sakinlərinə məxsus bostanlar suyun altında qalıb.

Avtomobil yolunda isə torpaq sürüşmələri baş verib. Rayon mərkəzindən 39 kilometr uzaqlıqda yerləşən Zaratxeybəriyə gediş-gəliş tamamilə məhdudlaşıb.

Rayona getmək istəyən kənd sakinlərinə məxsus avtomobillər bataraq yolda qalıb. Avtomobilin içində olan sərnişinlər 9 kilometr yolu piyada getmək məcburiyyətində qalıblar. Sürüşmə nəticəsində kəndin girişində olan avtomobil körpüsü də uçub, körpünün su ötrücü boruları qırılıb. Hər iki tərəfdən kəndin yolu bağlanıb.

Məsələ ilə bağlı rayon icra hakimiyyətinə məlumat verilib. Artıq uçan körpünün bərpa edilməsinə başlanılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər