17 İyun 2018 16:05
1 436
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bakıda ölümlə nəticələnən yol-nəqliyyat hadisəsi baş verib.

"Report"un xəbərinə görə, 1982-ci il təvəllüdlü İmaməliyeva Lalə Salman qızı iyunun 9-da Heydər Əliyev prospektində yolu keçərkən avtomobil tərəfindən vurulub.

İki azyaşlı övladı olan L.İmaməliyeva aldığı xəsarətlərdən elə hadisə yerində dünyasını dəyişib.

Qəzanı "85-CA-611" dövlət qeydiyyat nişanlı "Opel" markalı avtomobilin sürücüsü törədib.

Hadisə şahidlərinin dediyinə görə, avtomobilin sürəti yüksək olduğundan, piyada bir neçə metr hündürlüyə qalxaraq yerə düşüb. Hadisəni törədən sürücü maşından düşərək qadına köməklik göstərib.

L.İmaməliyevanın ailə üzvlərinin sözlərinə görə, Nizami Rayon Polis İdarəsində fakt üzrə cinayət işi başlanılıb. Onlar qeyd edib ki, işi araşdıran müstəntiq Elşən Bədirzadə qəzanı törədən sürücünün saxlanıldığını deyib.

Lakin bir neçə gün sonra məlum olub ki, sürücü sərbəst buraxılıb.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər