24 İyun 2018 09:34
1 121
12 Punto 14 Punto 16 Punto 18 Punto

ABŞ-ın Ayova ştatında neft daşıyan yük qatarı relsdən çıxıb.

"BNSF" şirkətinə məxsus qatarın Dun şəhərinin yaxınlığında 32 vaqonu relsdən çıxıb. Qatar Kanadadan Oklahoma ştatında "ConocoPhillips" şirkəti üçün neft daşıyırmış.

Qatarın relsdən çıxması nəticəsində 5,5 min barrel (870 min litr) neft ətrafa dağılıb. Dağılan neftin yarısını toplamaq mümkün olub.


Müəllif: Mənbə/Trend