Daxili işlər orqanları narkotik vasitələrin qanunsuz dövriyyəsi ilə mübarizə və kultivasiya yolu ilə yetişdirilən narkotik tərkibli bitkilərin aşkar edilməsi istiqamətində “Xaş-Xaş 2018” kompleks tədbirlər planına uyğun olaraq əməliyyat tədbirlərini davam etdirir.
Daxili İşlər Nazirliyinin mətbuat xidmətinin Şəki regional qrupundan Teleqraf.com-a verilən məlumata görə, Oğuz rayon polis şöbəsinin əməkdaşlarının həyata keçirdikləri əməliyyat tədbirləri nəticəsində rayonun Bayan kəndi ərazisində əkin sahələrinin kənarında ümumi çəkisi 2 min 900 kiloqram olan 8400 ədəd yabanı halda bitən narkotik xassəli çətənə kolları aşkar olunub.
Həmin çətənə kolları polis əməkdaşları ı tərəfindən yığılaraq yandırılma yolu ilə məhv edilib.
Faktla bağlı araşdırma aparılır.