Çinin Venlin şəhərində qadın icarəyə götürdüyü “Ferrari 458 Italia” superavtomobili ilə qəza törədib.
Teleqraf.com xəbər verir ki, qəza qadın avtosalondan uzaqlaşdıqdan az sonra baş verib.
Qəzadan əvvəl və sonra baş verənlər avtoregistrator tərəfindən qeydə alınıb. Sürücü “Ferrari sükanı arxasında ilk dəfə. Bu, həqiqətən də ən sarsıdıcı duyğudur” dedikdən bir neçə saniyə sonra qəza baş verir və “Ferrari” yararsız hala düşür.
Məlum olub ki, sürücü idarəetməni pis hava şəraiti üzündən itirib.
Qəzaya qədər, qəza anı və sonra baş verənlər videoya çəkilərək “Yutub” video-hostinqində yerləşdirilib. Ciddi xəsarət alan olmayıb.