Azərbaycanda dağıdıcı zəlzələ gözlənilmir.
Bu sözləri Teleqraf.coma-a açıqlmasında Respublika Seysmoloji Xidmət Mərkəzinin baş direktoru Qurban Yetirmişli deyib.
Onun sözlərinə görə, Azərbaycan seysmik aktiv zonada yerləşir: “Xırda təkanlar hər gün baş verir. Bundan sonra da bu cür təkanların olma ehtimalı yüksəkdir. Lerikdə baş vermiş zəlzələ güclü təkan deyil. Bu baxımdan əhalinin təşvişə düşməsinə ehtiyac yoxdur. 7-9 bal arasında təkanlar baş verərsə, müəyyən dağıntılara səbəb ola bilər”.
Qeyd edək ki, yerli vaxtla saat 02:20-də Lənkərandan 12 km qərbdə Lerik ərazisində zəlzələ qeydə alınıb.
Zəlzələ episentrdə 4 bal, yaxın yaşayış məntəqələrində 3 bala qədər hiss olunub.
Zəlzələnin maqnitudası 4,5, dərinliyi 9 km olub.