29 İyun 2018 17:08
882
12 Punto 14 Punto 16 Punto 18 Punto

Daxili İşlər Nazirliyi Bakıda avtomobillərin yanması ilə bağlı xəbərlərə aydınlıq gətirib.

Nazirliyin mətbuat xidmətindən Teleqraf.com verilən məlumata görə, yanğın Dövlət Yol Polisinə məxsus cərimə meydançasında qeydə alınmayıb.

Bildirilib ki, yanğın baş verən ərazi yol qəzalarında yararsız hala düşən, istismar müddəti bitmiş avtomobillərin yığıldığı bir ərazidir.

Məlumatda qeyd olunub ki, yaxınlıqda Dövlət Yol Polisə məxsus qorunan cərimə meydançası yerləşir.

"Lakin bu o demək deyil ki, yanğın cərimə meydançasının ərazisində qeydə alınıb. Baş verən yanğın Fövqəladə Hallar Nazirliyinin yanğınsöndürənləri tərəfindən söndürülüb”" , -deyə DİN-nin məlumatında qeyd olunub.

***

15:42

Fövqəladə Hallar Nazirliyi yanğınla bağlı məlumat yayıb.

Teleqraf.com xəbər verir ki, Bakı şəhəri, Nizami rayonu, Mikayıl Əliyev küçəsində yerləşən avtomobil dayanacağında baş vermiş yanğın saat 15:11 dəqiqədə nazirliyin qüvvə və vasitələri tərəfindən söndürülüb. Yanğın zamanı xəsarət alan olmayıb. .

***

15:12

Bakıda açıq sahədə yanğın başlayıb.

Bu barədə Teleqraf.com-a Fövqəladə Hallar Nazirliyindən məlumat verilib.

Bildirilib ki, Böhran Vəziyyətlərində İdarəetmə Mərkəzinə Bakı şəhəri, Nizami rayonu ərazisində açıq sahədə yanğın olması barədə məlumat daxil olub. Fövqəladə Hallar Nazirliyinin Dövlət Yanğından Mühafizə Xidmətinin yanğın bölmələri hadisə yerinə cəlb edilib.

Hazırda yanğınsöndürmə işləri davam etdirilir.

Əlavə məlumat veriləcək.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər