Yaponiyada daşqınlar nəticəsində ölənlərin sayı 76 nəfərə çatıb.
Teleqraf.com-un xəbərinə görə, 92 nəfər isə itkin düşüb.
Qeyd edək ki, daşqınlar nəticəsində xeyli ev su altında qalıb.
***
10:45
Yaponiyanın qərbində şiddətli yağışlar nəticəsində sel və torpaq uçqunları baş verib.
Teleqraf.com xarici mediaya istinadla bildirir ki, fəlakət zamanı azı 65 nəfərin öldüyü bildirilir.
Yapon mediasının xəbərinə görə, ölkənin qərbində evlərin dağılması və selin avtomobilləri aparması nəticəsində 65 nəfər ölüb, 50 nəfərdən isə xəbər yoxdur. Bu ərazidən 4,7 milyon insan təxliyə edilməsi işinə başlanılıb. Hazırda 1 milyon insan ərazindən təxliyə edilib. Yapon ordusundan əlavə olaraq 48 min personal itkin düşənləri axtarır, yaralılara xidmət göstərir, təxliyə prosesini həyata keçirir.
Bölgədə güclü yağışların bir müddət davam edəcəyi deyilir.