9 İyul 2018 08:42
1 517
12 Punto 14 Punto 16 Punto 18 Punto

Türkiyənin Çorlu şəhəri (Tekirdağ əyaləti) yaxınlığında Uzunköprüdən İstanbula gedən sərnişin qatarının qəzaya uğraması nəticəsində ölənlərin sayı 24-ə çatıb.

Teleqraf.com-un məlumatına görə, bu barədə Türkiyənin nəqliyyat, gəmiçilik və rabitə naziri Ahmet Arslan bildirib.

Onun sözlərinə görə, qəza baş verən yerdə xilasetmə və təxliyə işləri başa çatıb.

21:48

Türkiyənin şimal-qərbində sərnişin qatarının beş vaqonu relsdən çıxaraq aşıb. Hadisə nəticəsində ölən və yaralananlar var.

Teleqraf.com xəbər verir ki, bu barədə yerli NTV telekanalı məlumat yayıb.

Qatar Kapıkule-İstanbul marşrutu üzrə hərəkətdə olub, lakin Tekirdağ əyalətindən keçən zaman naməlum səbəblərdən qatarın bir hissəsi relsdən çıxaraq aşıb.

Telekanalın məlumatına görə, qəza zamanı sərnişinlər arasında ölən və yaralananlar olub. Hazırda olanların sayı dəqiqləşdirilir.

Hadisə yerinə xilasetmə və təcili yardım xidməti əməkdaşları cəlb olunub.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər