10 İyul 2018 09:59
1 337
12 Punto 14 Punto 16 Punto 18 Punto

Biləsuvar rayonunda silahlı insident baş verib.

Teleqraf.com xəbər verir ki, rayon sakini, 1956-cı il təvəllüdlü Valeh Hüseynov ailə münaqişəsi zəminində kürəkəni, 1993-cü il təvəllüdlü Vasif Babayevi güllələyib.

Vüqar Hüseynov xəstəxanaya çatdırılıb, ona tibbi yardım göstərilib.

Cinayəti törədən Valeh Hüseynov həbs edilib.

Faktla bağlı Biləsuvar rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 29, 120.1-ci (qəsdən adam öldürməyə cəhd) maddəsi ilə cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov

Oxşar xəbərlər