12 İyul 2018 17:09
519
12 Punto 14 Punto 16 Punto 18 Punto

Paytaxtın bəzi yerlərində elektrik təminatında yaranan kəsinti ilə əlaqədar svetoforların fəaliyyətində əmələ gələn çətinliklər aradan qaldırılır.
Bunu Bakı Nəqliyyat Agentliyinin Mətbuat xidmətinin rəhbəri Mais Ağayev bildirib.
Onun sözlərinə görə, həyata keçirilən operativ tədbirlər nəticəsində artıq bir çox küçə və prospektdə svetoforların fəaliyyəti bərpa edilib:
"Hazırda Heydər Əliyev, Qara Qarayev, Həsən bəy Zərdabi, Hüseyn Cavid prospektləri, Şərifzadə, Ş.Mehdiyev və digər küçələrdə svetoforların işi bərpa edilib. Bütün svetoforların normal rejimdə fəaliyyəti üçün zəruri tədbirlər görülür", - deyə o qeyd edib.

***

Hazırda paytaxtın bəzi ərazilərində elektrik enerjisinin verilişində yaranan problemlə əlaqədar işıqforlar işləmir.

Bu barədə Publika.az-a Bakı Şəhər Baş Dövlət Yol Polisi İdarəsinin İctimaiyyətlə əlaqələr şöbəsinin rəisi, polis polkovniki Vaqif Əsədov məlumat verib.

Onun sözlərinə görə, bununla əlaqədar yol polisi küçələrdə hərəkəti tənzimləyir:

"İşıqforların işləməməsi səbəbindən sıxlığın, yol nəqliyyat hadisələrinin qarşısını almaq və təhlükəsizliyi təmin etmək məqsədilə yol polisləri iş başındadır. Sürücülərə işıqforların işləmədiyi yolldarda hərəkət edərkən yol nişanlarını nəzərə almaları tövsiyə edilir".


Müəllif: Teleqraf.com