22 İyul 2018 19:59
1 430
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün İranın qərbində Kermanşah əyalətində baş verən zəlzələ nəticəsində ən azı 128 nəfər xəsarət alıb.

Teleqraf.com xəbər verir ki, bu barədə "Reuters" agentliyi əyalətin qubernatoru Xuşanq Bazvanda istinadən məlumat yayıb.

17:22

Bu gün İranın qərbində 5,9 maqnitudalı zəlzələ baş verib.

Zəlzələnin ocağı Kermanşah şəhərindən 76 km qərbdə, İraqın paytaxtı Bağdaddan isə 211 km şimal-qərbdə, 10 km dərilikdə yerləşib.

Zəlzələ nəticəsində Kermanşah əyalətindəki Təzəhabad yaşayış məntəqəsində 20 nəfər xəsarət alıb.

Qeyd edək ki, bu gün İranın cənubunda da 4,6 və 5,4 maqnitudalı zəlzələ olub, dağıntı və tələfat barədə məlumat daxil olmayıb.

10:59

İranın cənubundakı Hürmüzgan əyalətinin Ruyder mahalında 5.7 bal gücündə zəlzələ olub.

Teleqraf.com İran mətbuatına istinadla xəbər verir ki, Tehran Universiteti Seysmoloji Mərkəzi zəlzələnin yerli vaxtla saat 09.37-də yerin 8 kilometr dərinliyində qeydə alındığını açıqlayıb.

Hələlik ərazidə itki olduğuna dair hər hansı məlumat verilməyib. Xilasetmə qrupları bölgəyə göndərilib.


Müəllif: Nərgiz

Oxşar xəbərlər