Türkiyədə 4,5 bal gücündə zəlzələ baş verib.
Teleqraf.com-un xəbərinə görə, bu barədə Türkiyə Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.
Yeraltı təkanlar Egey dənizində Quş adası sahillərində yerli vaxtla 11.17-də, 6,8 km dərinlikdə qeydə alınıb.
Təkanlar İzmirdə də hiss olunub. Dağıntı və xəsarət alanların olmadığı bildirilib.