Braziliyada dövlət binaları və 8 sərnişin avtobusu yandırılıb.
Teleqraf.com “Anadolu” agentliyinə istinadla xəbər verir ki, bu barədə Ceara polisi məlumat yayıb.
Polisin verdiyi açıqlamaya əsasən, gecə saatlarında Fortaleza şəhərində 8 avtobus yandırılıb və bəzi hökumət binalarına atəş açılıb.
Hücumlar nəticəsində ölən və yaralananların olmadığı bildirilib.
Təhlükəsizlik xidmətləri hücumlarla əlaqəli 3 nəfər şübhəli şəxsi müəyyən edib və onların saxlanılması üçün əməliyyata başlayıb.