İndoneziya sahillərində, adalararası Flores dənizində 6,1 maqnitudalı zəlzələ qeydə alınıb.
Teleqraf.com xəbər verir ki, Avropa-Aralıq dənizi Seysmoloji Mərkəzinin (EMSC) qeydə aldığı zəlzələnin dərinliyi 546 kilometr olub.
Şahidlər təkanların Bali adasında hiss edildiyini bildiriblər.
İnsan itkisi, dağıntı və sunami təhlükəsi barədə məlumat yoxdur.