21 Avqust 2018 13:39
1 575
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bu gün "Bakı Metropoliteni" QSC-nin "Nizami" stansiyasında sərnişinlərdən biri özünü qatarın altına atıb.

Bu barədə qurumun məbuat xidmətinin rəhbəri Bəxtiyar Məmmədov məlumat verib.

Onun sözlərinə görə, hadisə saat 11:40 radələrində baş verib.

“Bu, 1968-ci il təvəllüdlü Ağdaş rayon sakini Tərlan Yusifovdir. O, özünü qatarın altına atsa da, xoşbəxtlikdən relslərin arasına düşüb. Dərhal relslər yüksək gərginlikli elektrik enerjisi xəttindən ayrılıb. Hadisə yerinə Təcili Tibbi Yardım xidmətinin və polis əməkdaşları çağırılıb. Həkimlər sərnişinin xəsarət almadığını bildirib", - deyə o, qeyd edib.

B.Məmmədovun sözlərinə görə, intihara cəhd edən şəxs içkili olub. Bununla belə, faktla bağlı araşdırma aparılır./"Report"/


Müəllif: Teleqraf.com