22 Avqust 2018 12:58
1 151
12 Punto 14 Punto 16 Punto 18 Punto

Mingəçevirdə azyaşlının ölümü ilə bağlı Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyinin Mingəçevir şöbəsinin ilkin rəyi məlum olub.

Mingəçevir Mərkəzi Xəstəxanasının baş həkimi Eldar Kərimov bildirib ki, Ayaz Həsənəliyevin əməliyyat zamanı ölümünə səbəb ola biləcək səbəblər araşdırılaraq Məhkəmə Tibbi Ekspertiza və Pataloji Anatomiya Birliyi tərəfindən ilkin rəy formalaşıb: “Körpənin orqanizmində ağciyər problemlərinin mövcudluğu aşkarlanıb. Problemin virus mənşəli, xroniki, yaxud başqa səbəblərlə əlaqəli olması ilə bağlı məsələyə analizlərin növbəti mərhələsində aydınlıq gətiriləcək. Biz bu məqsədlə nümunələri daha dərin analizlərin əldə edilməsi üçün paytaxta göndərəcəyik”.

Həkim qeyd edib ki, Ayaz Həsənəliyev yırtığın (qrija) aradan qaldırılması diaqnozu ilə əməliyyata alınıb: “Bir xəstəxana körpəni ağır durumda əməliyyat etməkdən imtina edib. Körpənin valideynləri ümidlə Mingəçevirə üz tutublar. Elə bir vəziyyətdə biz də müalicədən imtina etsək, peşə etikasına uyğun olmazdı. Məhz bu amilləri nəzərə alaraq əməkdaşlarımız çarəsiz durumda belə körpəni əməliyyat edərək xilas etməyə çalışıb. Təəssüf ki, onun orqanizmində qeyd etdiyim kimi digər fəsadlar üzə çıxıb ki, bu da əməliyyatın gedişinə təsir edib”.

Qeyd edək ki, 2 yaşlı Ayaz Vüsal oğlu Həsənəliyev ailənin 3-cü övladıdır. Onun atası Vüsal Həsənəliyev hazırda həqiqi hərbi xidmətdədir.

Faktla bağlı Mingəçevir şəhər Prokurorluğunda araşdırma aparılır./"Report"/

***

11:29

Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında 2 yaşlı körpə əməliyyat zamanı ölüb.

Ölüm hadisəsi Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasında aparılan cərrahiyyə əməliyyatı zamanı baş verib.

2016-cı il təvəllüdlü Yevlax rayon sakini Həsənəliyev Ayaz Vüsal oğlu ağır vəziyyətdə əvvəlcə Yevlax rayon Mərkəzi Xəstəxanasına aparılıb. Xəstəxanada uşağı əməliyyat etməkdən imtina ediblər.

Bundan sonra Mingəçevir Şəhər Mərkəzi Xəstəxanasına gətirilən A.Həsənəliyev vəziyyətinin ağırlığı səbəbindən dərhal əməliyyata alınıb. Körpə əməliyyat zamanı bəlli olmayan səbəbdən keçinib.

Dünyasını dəyişən uşağın meyiti analiz üçün Tibbi-ekspertiza laboratoriyasına aparılıb.

Faktla bağlı Mingəçevir Şəhər Prokurorluğunda araşdırmalara başlanılıb. /"Report"/


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər