Azərbaycan Dövlət Tibb Universitetinin 2-ci kurs tələbəsi olan Türkiyə vətəndaşı Qara dəniz çimərliklərindən birində boğulub.
Teleqraf.com Virtualaz.org-a istinadən xəbər verir ki, Giresunun Merkez Güre Məhəlləsi səmtində yerləşən çimərliklərindən birinə 2 dostu ilə birlikdə sərinləməyə gedən 23 yaşlı Hüseyn Topşir dənizin dalğalı olması səbəbindən axına düşüb. O, tezliklə dalğalar arasında gözdən itib. Dostları onu xilas etməyə çalışsalar da dalğaların get-gedə daha da artmasına görə heç nə edə bilməyiblər. Sahildəkilər hadisə barədə xilasetmə xidmətinə məlumat veriblər.
Xilasedicilər dünən sentyabrın 8-də axtarışlar aparsalar da nəticə əldə edilməyib, axtarışlar bu gün davam etdiriləcək.
Hüseyn Topşir bu gün Azərbaycana qayıtmağa hazırlaşırmış. Onun atası məscid imamıdır və Almaniyadakı məscidlərdən birində işləyir.