Saatlı rayonu ərazisindən keçən Sabir su kanalından qadın meyiti tapılıb.
Meyit tanınmaz halda olduğundan onun şəxsiyyəti məlum deyil.
Qadının cəsədi sudan çıxarılaraq rayon morquna təhvil verilib. Hazırda hüquq-mühafizə orqanlarında faktla bağlı araşdırma aparılır.