10 Sentyabr 2018 00:30
1 164
12 Punto 14 Punto 16 Punto 18 Punto

Bir müddət əvvəl Cəlilabadın Alar kəndində baş verən hadisələr Günəşli kəndində də təkrarlanmağa başlayıb. Kənd sakinləri deyir ki, evlərə girən şəxs və ya şəxslər bütün əşyaları darmadağın edir, istədiklərini isə oğurlayırlar. Bu halın tez -tez təkrarlanması vətəndaşları təşvişə salıb. İş o yerə çatıb ki, polis kənddə nəzarəti gücləndirib.

Cəlilabad sakinlərini qorxu içində saxlayan şəxs və ya şəxslərin oğurluq cəhdləri davam edir.

Bir müddət əvvəlrayonun Alar kəndində yaşanan olay indi də Günəşli kəndində baş verir. Naməlum şəxs və ya şəxslər sakinlərə məxsus fərdi evlərə girir, əşyaları darmadagın edir, istədiklərini isə oğurlayırlar. Sakinlərin dediyinə görə 15 gün olar ki, Günəşli kəndində bu hadisələr baş verir. Son bir həftə ərzində dörd nəfər kənd sakininevində olanəşyalar yararsız hala salınıb.

Sakinlərin bildirdiyinə görə, bu halın ayrı -ayrı evlərdə təkrarlanması vətəndaşlarda təşviş yaradıb.

Hadisə ilə bağlı polisə məlumat verilib. Rayon polis şöbəsindən verilən məlumata görə müraciət daxil olan kimi polis əməkdaşları kənddə nəzarəti gücləndirib.Hadisə ətraflı araşdırılır.


Müəllif: Teleqraf.com

Oxşar xəbərlər