Türkiyədə toyda faciə baş verib.
Teleqraf.com-un Daily Mail-ə istinadən xəbərinə görə, Türkiyə vətəndaşı Həsən Ağdəmir toyda tapançadan havaya atəş açmaq istəyib. Lakin tapança açılmayıb. İxtisasca həkim olan Həsən Ağdəmir silahı yoxlamaq istəyərkən, təsadüfən başına atəş açıb.
Yaxınları dərhal təcili yardım çağıraraq, Həsən Ağdəmiri xəstəxanaya yerləşdirsələr də, həkimlərin səyi nəticə verməyib. Yaralalan həkim dünyasını dəyişib.