Bakının Sabunçu rayonunda qətl hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, rayonu ərazisində yaşayan Bahadur Cəfərov evində münaqişə zəminində Bakı şəhər sakini, tanışı Rəfayel Rzayevi taxta parçası ilə döyüb.
Ağır xəsarət alan Rəfayel Rzayev hadisə yerində ölüb.
Polis və prokurorluq orqanları əməkdaşlarının keçirdikləri təxirəsalınmaz istintaq və əməliyyat-axtarış tədbirləri ilə Bahadur Cəfərov saxlanılıb.
İstintaq müəyyən edib ki, Bahadur Cəfərov əvvəllər məhkumluq həyatı yaşayıb.
Faktla bağlı Sabunçu rayon Prokurorluğunda Cinayət Məcəlləsinin 120-ci (qəsdən adam öldürmə) maddəsi ilə cinayət işi başlanıb.