14 Sentyabr 2018 10:17
5 240
12 Punto 14 Punto 16 Punto 18 Punto

Moskvada məşhur dermatoloq Dağıstandan olan taksi sürücüsü tərəfindən cinsi təcavüzdə günahlandırılır.

Teleqraf.com Rusiya mətbuatına istinadən xəbər verir ki, Qərbi Degino rayonundan olan 43 yaşlı kişi həkim-dermatoloq polisə müraciət edərək xəstəsinin ondan 160 min rubl məbləğində pul aldığını və davamlı olaraq ödəniş etməyəcəyi təqdirdə, onu cinsi istismarda günahlandıracağını deyib.

Faktla bağlı əməliyyat-axtarış tədbirləri keçirən hüquq mühafizə orqanın əməkdaşları Dağıstandan olan Ramazan adlı taksi sürücüsünü həbs ediblər.

Araşdırma zamanı məlum olub ki, 12 sentyabr tarixində Ramazan həkimə müraciət edərək dərisində dözülməz gicikmədən şikayət edib. Həkim pasienti müayinə etdikdən sonra ona müəyyən maye dərmanlar yazıb və 5 gündən sonra yenidən gəlməsini istəyib.

Saxlanılan şəxs isə növbəti gün həkimdən öz bank hesabına 2 min rubl pul vəsaitinin köçürməsini tələb edib və imtina edəcəyi təqdirdə, onu bütün ölkədə biabır edəcəyini və təcavüzçü kimi tanıdacağını deyib.

Hədələrdən qorxuya düşən həkim-dermatoloq 3 gün ərzində Ramazanın hesabına tələb olunan məbləği köçürsə də, sonunda polisə müraciət etmək qərarına gəlib.

Taksi sürücüsü polisə verdiyi ifadəsində dermatoloqun həqiqətən ona cinsi təkliflər etdiyini deyib və onunla yazışmalarını hüquq-mühafizə orqanı əməkdaşlarına təqdim edib.

“Mən fikirləşirdim ki, belə olmalıdır” deyə ifadə verən Ramazan dermatoloqun ona soyunması üçün göstəriş verdiyini və bu zaman “necə də gözəldir” deyə ifadə işlətdiyini diqqətə çatdırıb: “O, məni öz bağ evinə qonaq çağırdı. Bir müddətdir yoldaşından ayrıldığını, oğlunun isə universitetdə oxuduğuna görə bizə heç kimin mane olmayacağını deyirdi. Tez-tez telefonuma zəng edir, mənə cinsi münasibətdə olmağı təklif edirdi. O yəqin ki, tək mənə belə təkliflər etməyib. Dərhal onunla bağlı tədbir görmək lazımdır”.

Tərəflərin hansının günahkar olduğunu müəyyən etməkdə çətinlik çəkən Moskva polisi faktla bağlı araşdırmalara davam edir.


Müəllif: Mirvari Əzizova