Abşeron rayonunda oğurluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, rayonun Novxanı qəsəbəsindəki evlərin birindən 200 manat və 12000 manat dəyərində qızıl –zinət əşyaları oğurlanıb.
Abşeron rayon Polis İdarəsi əməkdaşlarının keçirdikləri əməliyyat-axtarış tədbirləri nəticəsində oğurluöu törətməkdə şübhəli bilinən Xırdalan şəhər sakini Coşqun Məhərrəmov və Zərdab rayon sakini Qasım Abdullayev saxlanılıb.
İstintaq müəyyən edib ki, Qasım Abdullayev əvvəllər məhkumluq həyatı yaşayıb.
Faktla bağlı cinayət işi başlanıb.