Sabirabad rayonunda ağır yol-nəqliyyat hadisəsi beş verib.
Teleqraf.com xəbər verir ki, rayonun Polad Toğayı kəndində "Mercedes” markalı mikroavtobusla “KamAZ” markalı yük maşını ilə toqquşub.
Qəza nəticəsində mikroavtobusun sürücüsü, Qarağac kənd sakini, 1963-ci il təvəllüdlü Cəmaləddin Əliyev, Polad Toğayı kənd sakinləri - 1965-ci il təvəllüdlü Qəmbər İsayeva, 1965-ci il təvəllüdlü Gülşən Şahquliyeva, 1978-ci il təvəllüdlü Şəfiqə İbadova,
1967-ci il təvəllüdlü Lətifə İsayeva, 1993-cü il təvəllüdlü Oral Eyvazov, 1963-cü il təvəllüdlü Bircəqız İslamova, 1963-cü il təvəllüdlü Zinada Cəfərova yaralanıblar.
Yaralılar Şirvan şəhər Mərkəzi Xəstəxanasına yerləşdiriliblər.
Onlara tibbi yardım göstərilib, vəziyyətlərinin ağır olduğu bildirilir.
Yaralalanlar rayonda fəaliyyət göstərən istixanalardan birində fəhlə işləyirlər.
Mikroavtobusla fəhlələr həmin istixanaya işləməyə aparılarkən qəza baş verib.
Faktla bağlı araşdırma aparılır.