Bakının Xəzər rayonunda soyğunçuluq hadisəsi baş verib.
Teleqraf.com xəbər verir ki, oktyabrın 4-də Bakı şəhər sakini K.Tağıyevin Türkan qəsəbəsi ərazisində mobil telefonunun açıq talama yolu ilə əlindən alınıb.
Baş verən hadisə ilə bağlı Xəzər rayon Polis İdarəsinə müraciət edilib.
Məlumatla əlaqədar 1-ci polis şöbəsi əməkdaşlarının keçirdikləri əməliyyat tədbirləri nəticəsində soyğunçuluğu törətməkdə şübhəli bilinən qəsəbə sakini Rafiq Həsənov saxlanılıb.
İstintaq müəyyən edib ki, Rafiq Həsənov əvvəllər məhkum olunub.
Faktla bağlı cinayət işi başlanıb.