Türkiyənin Aydın əyalətinin Germencik kəndində döyüşdürmək üçün dəvə bəsləyən İsmayıl Candaş faciəli şəkildə ölüb.
Teleqraf.com xəbər verir ki, məşq üçün dəvəni açıb həyətə buraxmaq istəyən Candaş heyvanın qəzəbinə tuş gəlib. Kinli dəvə sabini dişləyərək divara çırpıb, sonra özünü onun üzərinə yıxıb.
63 yaşlı İ.Candaş tövlədəcə canını tapşırıb.