Quba rayonunda 40 yaşlı kişi xüsusi amansızlıqla döyülüb.
Daxili İşlət Nazirliyinin mətbuat xidmətinin Quba regional qrupundan Teleqraf.com-a verilən məlumata görə, oktyabrın 25-də Bağbanlı kənd sakini, 40 yaşlı Əfqan Əhmədovun qapalı kəllə beyin travması diaqnozu ilə Quba Rayon Mərkəzi Xəstəxanasına gətirilməsi barədə rayon polis şöbəsinə məlumat daxil olub.
Əfqan Əhmədov izahatında kənd ərazisində tanımadığı şəxs tərəfindən döyülərək xəsarət aldığını bildirib.
Polis əməkdaşları tərəfindən keçirilən istintaq-əməliyyat tədbirləri nəticəsində hadisəni törətməkdə şübhəli bilinən kənd sakini Tofiq Əhmədov saxlanılaraq polis şöbəsinə gətirilib.
Dindirilmə zamanı Tofiq Əhmədov törətdiyi əməli etiraf edərək, həmkəndlisini döyərək ona xəsarət yetirdiyini bildirib.
Faktla bağlı araşdırmalar aparılır.