23 Avqust 2014 18:37
976
12 Punto 14 Punto 16 Punto 18 Punto

Azərbaycan Milli İstiqlal Partiyası (AMİP) fəallaşmaq qərarına gəlib.

Teleqraf.com xəbər verir ki, bu haqda partiyada adının çəkilməsini istəməyən funksioner bildirib. Onun sözlərinə görə, partiya qarşıdan gələn bələdiyyə, habelə 2015-ci il parlament seçkilərinə indidən hazırlaşmaq qərarını verib. Bu məqsədlə müəyyən addımlar atılacaq.

İlk addım kimi AMİP-in nəzarətində olan və bu partiyanın təbliğatı ilə məşğul olan millet.az internet qəzetinin yaxın günlərdə yeni dizaynda, yeni tərtibatda və yeni üslubda fəaliyyətə başlaması olacaq.

Saytda operativ və obyektiv informasiyaları və təhlilləri yayımlanacaq. Bununla da partiya yenidən siyasi proseslərə təsir etmək imkanı əldə etməyi düşünür.


Müəllif:

Oxşar xəbərlər