Samur-Abşeron su kanalında batan şəxsin adı məlum olub.
Bu, Qubanın Vəlvələ kənd sakini 1958-ci il təvəllüdlü Məlahət Heybətulla qızı Cəfərovadır. O, özünü Samur-Abşeron su kanalına ataraq intihar edib.
Meyitin axtarışları davam etdirilir. (report)
***
10:28
Samur-Abşeron kanalının Quba rayonunun Vəlvələ kəndi ərazisindən keçən hissəsində 1 nəfərin batdığı ehtimal olunur.
Fövqəladə Hallar Nazirliyindən (FHN) Teleqraf.com-a bildirilib ki, Kiçikhəcmli Gəmilərə Nəzarət və Sularda Xilasetmə Dövlət Xidmətinin dalğıc-axtarış qrupu axtarışlara cəlb olunub.
Əlavə məlumat veriləcək.