Paytaxtın Yasamal rayonunda yaşayış binasında yanğın olub.
FHN-dən Teleqraf.com-a verilən məlumata əsasən, ikimərtəbəli yaşayış binasının 2-ci mərtəbəsində ümumi sahəsi 80 m² olan 3 otaqlı mənzilin tavanı 1 m² sahədə və taxtadan ibarət arakəsmə divarı 4 m² sahədə yanıb.
Mənzilin qalan hissəsi yanğından mühafizə olunub. Yanğın yanğından mühafizə bölmələri tərəfindən tərəfindən söndürülüb.