13 Noyabr 2018 14:40
1 292
12 Punto 14 Punto 16 Punto 18 Punto

Kürdəmir rayonunda bıçaqlanma hadisəsi baş verib.

Teleqraf.com xəbər verir ki, rayonun mərkəzində, İsmət Qayıbov küçəsində 1986-cı il təvəllüdlü Anar Babayev arvadı, 1989-cu il təvəllüdlü Dursədəf Babayevaya çoxsaylı bıçaq zərbələri vurub.

Dursədəf Babayeva Kürdəmir rayon Mərkəzi Xəstəxanasına yerləşdirilib. Ona tibbi yardım göstərilib, vəziyyətinin ağır olduğu bildirilir.

Cinayəti törədən Anar Babayev hüquq-mühafizə orqanlarının əməkdaşları tərəfindən tutulub.

Məlum olub ki, Anar Babayev ailəsi ilə birlikdə həmin ünvanda evlərdən birində kirayə yaşayıb.

Hadisə ər-arvad arasında şəxsi münasibətlər zəminində yaranan mübahisə zəminində baş verib.

Faktla bağlı cinayət işi başlanıb.


Müəllif: Hacı Zeynalov